Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?

Direktorun binadan atdığı arvadı hansı nazirin qohumudur?
23:18 11 Dekabr 2018
166 Ölkə
Ölkə mətbuatı
A- A+

"Buta Palas”ın art-direktoru Ramiz Taxvelinin yaşadığı binanın 5-ci mərtəbəsindən həyat yoldaşını atması barədə daha bir məlumat əldə edilib.

Axar.az-a daxil olan məlumatda bildirilir ki, bu gecə əri tərəfindən binadan atılaraq qətlə yetirilən 1988-ci il təvəllüdlü Adelya Azər qızı Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur. Onun Azad Rəhimovun bacısının nəvəsi olduğu qeyd edilir.

Xatıladaq ki, cinayət hadisəsi Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə, Rəşid Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib. R.Taxveli gecə saat 3-də həyat yoldaşı ilə birlikdə münasibətlərinə aydınlıq gətirmək üçün eyvana çıxıb. Bu zaman uşaqları evdə yatırmış. Mübahisə zəminində o, arvadını eyvandan yerə atıb.

Ailənin birgə nikahdan iki uşaqları var. Cütlüyün bir-birini çox sevdiyi bildirilsə də, son vaxtla tez-tez mübahisə etdikləri qeyd edilir.

O, hüquq-mühafizə orqanlarından gizlənməyə cəhd göstərməyib. Polisin hadisə yerinə gəlməsini gözləyib. İlkin dindirilmə zamanı o, qətli törətdiyini etiraf edib.

O da məlum olub ki, Taxveli qətli törədən zaman narkotik vasitələrin təsiri altında olub. Özü də etiraf edib ki, marixuana qəbul edib və ekspertiza bu faktı təsdiqləyib.

Fakta görə Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) cinayət işi başlanıb, Taxveli Ramiz Pərviz oğlu saxlanılıb.

Adelya Azər qızı Taxveli isə “Atəşgah Sığorta” şirkətində çalışıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR