Salyanda velosipedçini maşın vurdu

Salyanda velosipedçini maşın vurdu
06:53 12 Dekabr 2018
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərini Babazənan yaşayış massivi ilə birləşdirən Kür çayı üzərindəki körpüdə qeydə alınıb.

Babazənan yaşayış massivinin sakini, 1981-ci il təvəllüdlü Lətifov Şahin Fəxrəddin oğlu velosipedlə hərəkətdə olarkən onu “VAZ-2106” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl də Salyanda velosipdçini maşın vurmuşdu. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/262814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR