Nazirlik Bakıdakı o qorxunc təhlükə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - FOTO

Nazirlik Bakıdakı o qorxunc təhlükə ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ - FOTO
11:33 12 Dekabr 2018
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş və təhlükə yaradan ağaclarla bağlı tədbir görür.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yerinə yenisinin əkilməsinə başlanılıb. Rayon icra hakimiyyətləri ilə birgə Akim Abbasov, Səməd Vurğun, Xəlil bəy Xasməmmədov, Rəşid Behbudov, Əhməd Cavad və Murtuza Muxtarov küçələrində ümumilikdə 22 qurumuş və təhlükə yaradan ağacın yerinə 300 ədəd müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, 21 noyabr 2018-ci il tarixindən başlanan və bugünədək davam edən aksiyalar zamanı Bakı şəhəri üzrə ümumilikdə 143 qurumuş və təhlükə yaradan ağac 2000-dən çox müxtəlif cinsli ağacla əvəzlənib.
Nazirlik aksiyalarda fəal iştirak edən ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına, ölkənin nüfuzlu və tanınmış şəxslərinə təşəkkürünü bildirir.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/ekologiya2/262845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR