Axşam.az-ın məlumatına görə, magistraturaya qəbul imtahanının hər iki mərhələsinin cəmi olaraq 144 bal toplayan hər iki bakalavr Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunları olub.
Onlar İsmayıl Nəcəfquluzadə və Vasif Babayevdir. Nəcəfquluzadə 672 balla, Babayev isə 644 balla DİA-nın Beynəlxalq münasibətlər ixtisasına qəbul olublar. Hər ikisi qrup yoldaşıdır.


