“Bakı Metropoliteni” QSC-nin keçmiş mətbuat katibi Nəsimi Paşayev tikinti şirkətlərindən birində marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışmağa başlayıb.

Metbuat.az bildirir ki, Nəsimi Paşayev “Hünər Qüllələri” layihəsini icra edən "Hünər Group" şirkətinin PR marketinq şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, ötən gün Bakıda “Hünər Qüllələri” layihəsinin geniş təqdimatı keçirilib. Müxtəlif sahələrdə uğurlu işlərə imza atmış Huner Group çox fərqli konseptlə yeni layihələr həyata keçirməkdədir. Hazırda tikintisi davam etdirilən “Hünər Qüllələri” layihənin önəmli tərkib hissəsini təşkil edir. “Hünər Qüllələri”nin tikintisi Bakının ən prestijli məkanında – Ağ Şəhərdə sürətlə davam edir. Burada mənzil alan hər bir vətəndaş şirkət tərəfindən pulsuz 14 otaqla təmin edilir. Bura idman, əyləncə, kino və s. otaqlar daxil edilib.

“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ