Sərnişinlərin həyatını təhlükəyə atan avtobus sürücüsü


Binəqədidən Sumqayıta hərəkət edən 585 saylı avtobus xəttinin sürücüsünün sükan arxasında çay içməsi müzakirələrə səbəb olub.


Metbuat.az BAKU.WS-ə istinadən xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə yayılar-yayılmaz böyük əsk-səda yaradıb.

Yayılan videodan da göründüyü kimi, avtobus sürücüsü salondakı sərnişinlərin həyatını təhlükəyə atıb. Onun bu hərəkətini sosial şəbəkə istifadəçiləri kəskin şəkildə qınayıblar.

BAKU.WS saytının müdaxiləsindən sonra isə həmin sürücü işindən kənarlaşdırılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimai Əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova sayta etdiyi açıqlamasında bildirib ki, sürücünün günahı təsdiq olunub və o, işdən azad edilib:

"Sürücü şəxsi maşınında su içə bilər. Qanunvericilikdə nəzərdə tutulmasa da, qurum tərəfindən və daşıyıcı şirkət tərəfindən sərnişin təhlükəsizliyi üçün daxili intizam qaydaları var. Şəxs ictimai nəqliyyatda sürücü işləyirsə, həmin sürücü qidanı və çayı xüsusi məntəqələrdə qəbul edə bilər. İşdən azad edilməsinə səbəb açıq qapı ilə idarə etməsini etirafı olub".

https://metbuat.az/news/1086522/tramp-ve-erdogan-arasinda-telefon-danisigi-olub.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR