Portuqaliya klassik musiqisi ilə muğamın sintezi - FOTO

Portuqaliya klassik musiqisi ilə muğamın sintezi - FOTO
07:53 16 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Dekabrın 15-də Portuqaliyanın Azərbaycandakı Nümayəndəliyi və Fəxri Konsulluğunun dəstəyi, "UnitedCultures"in təşkilatçılığı ilə "Landmark" otelinin "Rotunda" zalında pianoçu Luis Koşta və violonçelçalan Fernando Koştanın konserti keçirilib. Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadə onlarla eyni səhnəni bölüşüb.

Publika.az xəbər verir ki, konsertdə Portuqaliya klassik musiqisi və muğamın sintezi səslənib. İfaçıların çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Koşta əkiz qardaşları bir çox nüfuzlu musiqi mükafatlarının sahibləridir. Onlar Portuqaliyanı bir sıra beynəlxalq festival və müsabiqələrdə təmsil edir, bütün Avropa ölkələrində, həmçinin ABŞ, Çin və Cənubi Afrika Respublikasında konsert proqramları ilə çıxış edirlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/263245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR