"Kainat gözəli - 2018" müsabiqəsinin qalibi müəyyən oldu (FOTO)

"Kainat gözəli - 2018" müsabiqəsinin qalibi müəyyən oldu (FOTO)
08:01 17 Dekabr 2018
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Filippin nümayəndəsi Katriona Qrey 67-ci "Kainat gözəli" gözəllik müsabiqəsinin qalibi olub.

Trend-in məlumatına görə, bu barədə qərarı "Impact Arena" (Taylandaın paytaxtı Banqkok) sərgi mərkəzində keçirilən gözəllik müsabiqəsinin münsiflər heyəti qəbul edib.

Qalibin tacını 2017-ci ildə ABŞ-da keçirilən "Kainat gözəli" ümsabiqəsinin Cənubi Afrika Respublikasından olan qalibi Demi-Li Nel-Piters təqdim edib.

Gözəllik müsabiqəsində ikinci yerə Venesuela nümayəndəsi Stefani Qutyerres layiq görülüb.

Qeyd edək ki, "Kainat gözəli" beynəlxalq gözəllik müsabiqəsi 1952-ci ildən keçirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/2994524.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR