Toyda qan tökən şəxs polis tərəfindən saxlanılıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, ötən gün Türkiyənin Düzce vilayətinin Gümüşova mahalında təşkil olunan toy mərasimi zamanı bıçaqlanma hadisəsi qeydə alınıb.

Soner G. adlı şəxs istədiyi mahnı çalınmadığına görə aləmi bir-birinə qatıb. O, mübahisə zamanı 4 nəfəri bıçaqlayıb, 2 nəfəri də döyüb.

O, polis tərəfindən saxlanılıb. Məlum olub ki, əvvəllər məhkum olan şəxs həbsxanadan qaçıbmış.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Toyda istədiyi mahnı çalınmadığına görə aləmi bir-birinə qatdı - VİDEO - FOTO Toyda istədiyi mahnı çalınmadığına görə aləmi bir-birinə qatdı