Azərbaycan Dillər Universitetinin akt zalında Sərdar Aminin “Su sərgisi”romanının təqdimat mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, çıxış edən tənqidçi və ədəbiyyatşünaslar romanın şifahi təhlilini aparıb. Azər Turan, Səlim Babullaoğlu, Azad Qaradərəli, İkinci Mahmud, Ömər Xəyyam, İlham Əzizov “Su sərgisi”nin məziyyətlərindən söz açıb, tənqidi müstəvidə fikirlərini bölüşüb. Ardınca təqdimata toplaşan oxucular və qələm adamları yazıçıya kitab imzaladıb.

Qeyd edək ki, “Qanun” nəşriyyatında nəşr edilən “Su sərgisi” romanı “Azərkitab” “KitabAl” mağazalarında satışdadır.