Azərbaycan təcrübəsi beynəlxalq konfransda yüksək qiymətləndirilib

Azərbaycan təcrübəsi beynəlxalq konfransda yüksək qiymətləndirilib
16:08 17 Dekabr 2018
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Dehlidə Hindistan hökümətinin ev sahibliyi ilə Beynəlxalq Forum keçirilib.

Trend-in məlumatına görə, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində beynəlxalq əməkdaşlığın roluna həsr edilən və dünyanın 85 ölkəsindən 1500-ə yaxın yüksək səviyyəli təmsilçilərin qatıldığı forumda Azərbaycandan Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri Məlahət İbrahimqızı, Kamilə Əliyeva, Sosial şöbənin müdiri Adilə Abasova iştirak edib.

M.İbrahimqızı forumda çıxış edərək Azərbaycanda DİM-lərin həyata keçirilməsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Dünya Parlament İttifaqının prezidenti Qabriela Barron təmsil etdiyi qurumun Azərbaycan Parlamenti ilə olan əməkdaşlığı, DİM sahəsində görülən işləri yüksək qiymətləndirib və 4 dəfə Azərbaycana səfər etdiyini bildirib.

Forumun 2-ci günü M.İbrahimqızı DİM çərçivəsində Ana, Uşaq və Gənclərin sağlamlığı probleminin həllində milli parlamentarların rolu mövzusunda təqdimatla çıxış edib.

Bu təqdimatdan sonra iştirakçıların DİM-nin həyata keçirilməsində Azərbaycan hökumətinin müsbət təcrübəsi ilə bağlı bir sıra sualları da cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/2994842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR