“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis uğursuz nəticlələr səbəbi ilə postundan uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq Kərim Belhosinə həvalə olunub.
“Anderlext” Avropa Liqasında yer aldığı D qrupunda 3 xalla sonuncu yeri tutub. Komanda keçirdiyi 6 oyunda cəmi 2 qol vurub. Belçikalılar evdə Türkiyənin “Fənərbağça” kollektivi ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə fərqləniblər.
Belçika Kubokunda da mübarizəni dayandıran “Anderlext”, ölkə çempionatında 31 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsində ən az qol vuran digər komanda “Qarabağ”dır.