Gülay Zeynalova Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinə qonaq olub.
O, bəzi sənət yoldaşlarına qəlbinin qırıldığını deyib.
Bu yaxınlarda atasını itirən Gülay həmkarlarının diqqətsizliyindən gileylənib.
Gülay acı günündə bir çox sənət yoldaşının onu axtarmadığını bildirib.
"Kim necə istəyir başa düşsün. Mən artıq onu düşünmürəm. Bizim elə sənətkarlar var ki, xeyirinə də, şərinə də yarımışam. Amma mənim atam dünyasını dəyişdi, quru telefon zəngi də edib başsağlığı vermədi. Mən artıq sabah o insanı görsəm, Allahın salamını da vermərəm".