Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb -

Dekabrn 18-də Azərbaycana səfərə gələn “Gürcüstan Dövlət Elektrosistem” ASC-nin idarə heyətinin sədri David Tvalabeişvili ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevin görüşü olub.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan Elektroenergetika sisteminin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi edilib. Eyni zamandatərəflər arasında mövcud olan müqavilə münasibətlərinə dair müzakirələr və 330 kV-luq ikidövrəli ötürücü xəttinin inşası üzrə geniş müzakirələr aparılıb.

Müzakirələrinin yekunundan sonra Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR