Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:
1. Fondun 2019-cu ilin I rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
2. Cari məsələlər.
Şuranın sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor V.Səfərli yeni dövrün tələblərindən irəli gələrək müsabiqə qaydalarında müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ilə əlaqədar KİV-lərə maliyyə yardımının 6 ay deyil, 3 ay müddətinə ayrılmasını təklif edib. V.Səfərli həmçinin bildirib ki, yeni qaydalar hazır olana qədər qəzetlər müsabiqəyə sənədləri mövcud şərt və meyarlar əsasında təqdim edəcəklər.
İcraçı direktor 2019-cu ilin I rübü üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin dekabrın 19-dan 27-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib.
Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqə elanı səsə qoyularaq təsdiq edilib.
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin I rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq Fondun Müşahidə Şurasının rəyi əsasında aşağıdakı istiqamətlər üzrə KİV layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır:
№ | İstiqamətin adı |
1. | Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu |
2. | Fikir,söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi |
3. | İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi |
4. | İctimai və dövlət maraqlarının müdafiəsi |
5. | Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi |
6. | Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və |
7. | Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı |
8. | Azərbaycanın dövlətçilik tarixinin,milliadət-ənənələrinin, elm və mədəniyyətinin təbliği |
9. | Azərbaycançılıq ideyasının təbliği |
10. | Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi |
11. | İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi |
12. | Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi |
13. | Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi |
14. | Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması |
15. | Uşaq və gənclərin fiziki və mənəvi inkişafı |
16. | Ekologiya və ətraf mühitin mühafizəsi |
17. | Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi |
18. | Elm və təhsilin inkişaf etdirilməsi |
19. | Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi |
Müsabiqədə aşağıdakı KİV-lər iştirak edə bilərlər:
- müsabiqə elan olunan günədək son 3 ildə müntəzəm nəşr olunan, dövriliyi həftədə 1 dəfədən, səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 2500 nüsxədən az olmayan, hər buraxılışından ən azı 1000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan qəzetlər.
Aşağıdakı KİV-lərin müsabiqədə iştirakına icazə verilmir:
- Azərbaycan Jurnalistlərinin I Qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılanlar;
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər
- Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər
(1 il müddətində)
- Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər
(6 ay müddətində)
- barələrində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olanlar;
- əsasən reklam və erotik xarakterli materiallar dərc edənlər;
- təsisçisi dini qurumlar və dini icmalar olanlar;
- xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilən, nizamnamə kapitalında xarici dövlətlərin hüquqi şəxslərinin və ya vətəndaşlarının payı olanlar;
- xüsusi məqsədlər üçün buraxılan, pulsuz və aşağı qiymətlərlə çap məhsulu yayanlar;
- təsisçiləri dövlət orqanları olanlar;
Maliyyə yardımının şərtləri:
- layihə təklifi müsabiqə istiqamətlərindən birinə uyğun olmalıdır;
- ərizə forması, layihə və ona əlavə olunmuş sənədlər müsabiqə qaydalarına və tələblərinə cavab verməlidir.
Hər layihə üçün maksimum məbləğ 30 000 (otuz min) manat müəyyən edilmişdir.
Hər KİV bir layihə təqdim edə bilər.
Sənədlər 2018-ci il dekabr ayının 19-dan 27-dək, rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Fondun ofisində qəbul olunur.
Sənədlər Fonda şəxsən təqdim edilməlidir.
Ərizə yalnız Fondun təsdiq etdiyi formada, müvafiq əlavələrlə, Azərbaycan dilində, çap və elektron variantda (CD diskdə, Times New Roman12 şriftində) təqdim edilməli və Fondda qeydiyyatdan keçməlidir.
Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
№ | Tələb olunan sənədlər | Forması |
1. | Layihə təklifi və fəaliyyət planı | Çap formasında, 3 nüsxədə. |
2. | Ərizə forması (Layihənin istiqaməti göstərilməklə) | Çap və elektron formada, diskdə. |
3. | KİV-in müvafiq dövlət orqanında uçota götürülməsini təsdiq edən sənəd | Surəti |
4. | VÖEN | Surəti |
5. | KİV-in borcunun olmadığını təsdiq edən sənəd | Bankdan arayış |
6. | Redaksiya əməkdaşlarının sayı (elektron əmək müqaviləsi bildirişi), layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların, məsul şəxslərin tərcümeyi-halı (CV) və işinin təsviri | Çap və elektron formada |
7. | KİV-in son 6 ayda satış və abunə yayımı haqda yayım orqanından sənəd | Çap formasında (imzalanmış və möhürlənmiş) |
Müsabiqə ilə bağlı əlavə məlumatı www.kivdf.gov.az saytından və Fondun ofisindən əldə edə bilərsiniz.
Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529-cu məhəllə
Azərbaycan Mətbuat Evi, 3-cü mərtəbə
Telefon: 012 537 19 45; 012 537 19 41
Layihə təklifləri ilə bağlı nəticələr haqqında izahat verilmir, müsabiqəyə təqdim olunmuş sənəd və materiallar geri qaytarılmır.