ABŞ-dan acı etiraf: Rusiya və Çin qarşısında acizik

ABŞ-dan acı etiraf: Rusiya və Çin qarşısında acizik
20:12 18 Dekabr 2018
48 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar hazırda Rusiya və Çinin hipersəs sürətli silahları ilə mübarizə apara bilməz. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu qeyd ABŞ-ın Hesablama Palatasının hesabatında öz əksini tapır.

Hesabat müəllifləri bildirirlər ki, Rusiya və Çin hipersəs sürətli silahlara investisiya yatırır. Belə ki, məhz bu silahlar hesabına onlar yeni raket əleyhinə sistemləri aşa bilərlər.

Qeyd olunur ki, bu, həmçinin Moskva və Pekinə nüvə silahı tətbiq etmək imkanı da verir: "Hazırda onlara - Rusiya və Çinə qarşı durmağa heç nəyimiz yoxdur".

Telekanalın məlumatına görə, Pentaqon yeni müqavilələr bağlamaqla bu seqmentdə olan geriliyi aradan qaldırmaq niyyətindədir.

Qeyd edək ki bu ilin noyabrında Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanmışdı.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Uçuşlar zamanı pilotlar təyyarənin uçuş-texniki xüsusiyyətlərini, intellektual informasiya - idarəetmə kompleksini, silahlanma kompleksi də daxil olmaqla bütün bort sistemin işini yoxlayıb. Ümumilikdə, ekipaj "Su-57" təyyarəsində 10-dan artıq uçuş həyata keçirib.

"Su-57" beşinci nəsil Suriya aviasiya kompleksidir. Kompleks bütün növ hava, yerüstü və suüstü hədəfləri məhv etməyə qadirdir. Təyyarə yüksək manevrliyə, həmçinin hipersəs rejimində uçuş həyata keçirmək imkanına malikdir. Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR