Son zamanlarda bir neçə Avropa klubunun transfer hədəfində olan Mateys De Liqt, diqqətçəkən açıqlamalar verib.

Milli.Az komanda.az-a istinadən bildirir ki, "Ayaks"da göstərdiyi oyunla diqqətləri üzərinə çəkən 19 yaşlı futbolçu, "Yuventus"a transfer olunacağı ilə bağlı iddialara münasibət bildirib:

"İtaliya möhtəşəm futbol ölkəsidir, amma mən "Ayaks"dan ayrılmağı düşünmürəm".

Kriştiano Ronaldo, yaxud Lionel Messiylə oynamaq istəyib-istəməyəcəyi ilə bağlı suala cavab verən futbolçu, "Ronaldo, ya Messi? Xeyr, mən Hakim Ziyexlə oynamağı üstün tuturam" deyib.

Milli.Az