Uqandanın şərqində sərnişin avtobusu uçuruma yuvarlanıb.

Publika.az xəbər verir ki, qəza nəticəsində azı 19 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.

Hadisə Kapçorva rayonunda baş verib. Polis nümayəndəsi sürücünün idarəetməni itirməsi və bunun nəticəsində avtobusun düşməsi barədə məlumat verib.