“Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib (FOTO)

“Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib (FOTO)
07:50 19 Dekabr 2018
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Flame Towers – Park Cinema IMAX-da “Trend of the Year" 2018 mükafatlandırma qala-gecəsi keçirilib.

Təşkilatçılardan Trend-ə verilən məlumata görə, bir müddətdir ki, sosial şəbəkələrdə gündəmə çevrilmiş, “Caspian Events Group” tərəfindən təşkil olunan "Trend of the Year" 2018 Mükafatı sahiblərinə təqdim edilib. Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən – trendə çevrilmiş şəxslər və şirkətlər mükafatlandırıldılar. Qaliblər sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən müəyyənləşiblər.

Gecədə "Trend of the Year" adına layiq görülənlər sırasında Fidan Hacıyeva, Məleykə Abbasova, Gülnarə Xəlilova, Xatirə İslam, Elnarə Xəlilova, Vüqar İmanov, Aydan Kamilova, Xumay Muxtarova, Emin Bədəlov, Niyam Salami, Rövşən Nəcəfov, Elnarə Xəlilova, Rahidə Baxışova, Tural Hüseyn, Şahin Cavadsoy, Nigar İbrahimova, Elşən Gəncəvi, və başqa tanınmış şəxslər var idi. Həmçinin, “İmtahan”, “Ata Ocağı” serialları və “Qız Qaçırtma” filmi ilin trendi seçilib. Bundan başqa bir sıra şirkətlər və müxtəlif sahələrin professionallari ilin trendi mükafatçılar sırasında idi. “Trend of the Year” 2018 Mükafatlandırma gecəsi aparıcı Azər Axşama həvalə edilib.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/2995470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR