Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihəni tamamlayıb

Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihəni tamamlayıb
08:42 19 Dekabr 2018
35 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihənin hazırlanması üzərində işi tamamlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, layihə əcnəbilərin Yaponiyada işləməsinə icazə verən immiqrasiya haqqında yeni qanuna əsasən hazırlanıb. Qanun gələn ilin aprelində qüvvəyə minəcək.

Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən tədbirlər tələbələr də daxil olmaqla Yaponiyada yaşayan bütün əcnəbilərin həyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən əcnəbilərin problemlərlə qarşılaşdıqları zaman müraciət etməsi üçün bütün Yaponiya üzrə təqribən 100 mərkəzin yaradılması planlaşdırılır.

Bununla bərabər, inzibati mərkəzlərdə, o cümlədən səhiyyə və işədüzəltmə müəssisələrində çoxdilli xidmətlərin yaradılması nəzərdə tutulur.

Mərkəzi hökumət kənd rayonlarına da maliyyə yardımının göstərilməsini planlaşdırır ki, bunda da məqsəd əcnəbilərin yalnız böyük şəhərlərdə toplaşmasının qarşısını almaqdır.

Ədliyyə Nazirliyinin həmin layihəni rəsmi olaraq dekabrın 20-də qəbul edəcəyi bildirilir. Layihədə nəzərdə tutulan tədbirlərin gələn həftə hökumət tərəfindən bəyənilməsinədək mövzu üzrə debatların davam etdiriləcəyi qeyd edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR