“Report” xəbər verir ki, bu barədə 29 yaşlı müdafiəçinin özü “24sata” portalına bildirib. Türkiyənin “Beşiktaş” klubunun formasını geyinən futbolçunun sözlərinə görə, fermada 500 baş donuz olacaq: “Zaqrebdəki bir şirkət bütün işi görüb. Mənim hər şeylə məşğul olacaq adamlarım var. Bunlar yerli qara donuzlardır. Əvvələr 200 baş donuzum var idi. İndi onların sayını 500-ə çatdıracağıq. Ətlərin tədarük olunacağı bir neçə restoranım var. Bu, pis biznes deyil”.
Qeyd edək k, Azərbaycan millisi seçmə mərhələyə gələn il martın 21-də səfərdə Xorvatiya ilə oyunla başlayacaq. Bu komandalar Bakıda sentyabrın 9-da qarşılaşacaqlar.