KİV: Avropa İttifaqı ölkələri diplomatlarının məktubları hakerlər tərəfindən dərc edilib

KİV: Avropa İttifaqı ölkələri diplomatlarının məktubları hakerlər tərəfindən dərc edilib
13:42 19 Dekabr 2018
24 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) ölkələri diplomatlarının illər ərzində qarşılıqlı yazdıqları məktublar naməlum hakerlər tərəfindən oğurlanaraq dərc olunub.
“Report” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məqaləyə görə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşları tərəfindən yaradılan və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “Area1” şirkətinin əldə etdiyi məlumatlara əsasən, vaxtilə diplomatik kanallarla ötürülən, təqribən, 1100 məlumat bir şəbəkə səhifəsində dərc olunub.
ABŞ və Rusiya prezidentləri Donald TrampVladimir Putin arasında bu ilin iyun ayında Helsinkidə keçirilən görüşlə bağlı bir məktubda həmin görüşün “uğurlu” keçdiyi bildirilir, mötərizədə isə “hər halda Putin üçün” qeyd olunur. Başqa bir məktubda Rusiyanın Krımda nüvə silahı yerləşdirə biləcəyi göstərilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ai-olkelerinin-diplomatlarinin-ozel-mektublari-derc-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR