Feysbuk-dakı şəxsi mesajlarımızı oxuya bilirlər

Feysbuk-dakı şəxsi mesajlarımızı oxuya bilirlər
13:52 19 Dekabr 2018
26 Dünya
Ölkə mətbuatı
A- A+

"Facebook" istifadəçilərinin şəxsi məlumatlarını "Microsoft", "Netflix" və "Spotify" kimi texnonologiya nəhənglərinə ötürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı New York Times qəzeti yayıb.

İddialara görə, yuxarıda adıçəkilən şirkətlər istifadəçilərin hətta şəxsi mesajlarını belə oxuya bilirlər.

Belə ki, "Microsoft"un axtarış sistemi olan "Bing"də istifadəçilərin dostlarının adları çıxır. Həmçinin Amazon proqramı sayəsində istifadəçilərin şəxsi məlumatlarını tapmaq olur.

Qeyd edək ki, Feysbuk 150-dən çox şirkətə istifadəçi məlumatlarına giriş üçün icazə verib.

Fuad
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/713938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR