Son bir həftədir sürətlə ucuzlaşmağa başlayan dünyanın ən məşhur kriptovalyutası olan bitkoin bahalaşıb.

Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti saat 16:49-da 3865 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 9.5% bahalaşıb.

Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.

Bitkoin bahalaşmağa başlayıb