Aİ ölkələrindən sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarının sayı iki dəfə artıb

Aİ ölkələrindən sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarının sayı iki dəfə artıb
19:22 19 Dekabr 2018
28 Digər
Ölkə mətbuatı
A- A+

Tbilisi. 19 dekabr. REPORT.AZ/ Bu ilin birinci yarısında 9 680 Gürcüstan vətəndaşı Avropa İttifaqına (Aİ) üzv ölkələrdən sığınacaq istəyib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə Aİ ölkələrinə Gürcüstan vətəndaşlarının sığınacaqla bağlı müraciətləri iki dəfə artıb. Belə ki, 2017-ci ilin birinci yarısında sığınacaq istəyən Gürcüstan vətəndaşlarının sayı 4 770 nəfər təşkil edib.
Hesabatda qeyd olunub ki, Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti 2 905 nəfər olmaqla Fransadan sığınacaq istəyib. Daha sonra Almaniya (2700 nəfər), Yunanıstan (595), İsveçrə (540 nəfər), İtaliya (530) və İspaniya (405) gəlir.
Avropa Komissiyası Aİ ölkələrinə sığınacaqla bağlı Gürcüstan vətəndaşlarının müraciətlərinin sayının artmasını narahatlıq doğurduğunu qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/avropaya-siginmaq-isteyen-gurculerin-sayi-coxalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR