Vaqif Əsədovdan sürücülərə xəbərdarlıq

Yol polisi yağışlı hava şəraitiylə bağlı sürücülərə xəbərdarlıq edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Metbuat.az-a açıqlamasında bildirir ki, hava şəraitindən asılı olmayaraq, sürücü istismar etdiyi nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının təmiz saxlanılmasına borcludur:

“Yağışlı, qarlı hava şəraitinin olmasından asılı olmayaraq, sürücülər lazım gələrsə, hərəkət etdiyi zaman avtomobili saxlayıb, nömrəni təmizləməlidir. Paralel olaraq, inzibati xəta tərkibi yaratmasa belə, avtomobilin işıq cihazları da təmiz olmalıdır. Təbii ki, avtomobilin dövlət nömrə nişanı çirkli olan zaman sürücü cərimə olunur. Lakin işıq cihazlarının çirkli olmasıyla bağlı tənbeh tədbiri görülməsə belə, sürücü onu təmiz saxlamalıdır. Çünki hərəkətdə olan nəqliyyat vasitəsinin sürücüsü manevrlər edərkən arxadakı sürücüləri çaşdıra bilər. Dövlət nömrə nişanlarının görünməməsi, işıq cihazlarının çirkli olması yol-nəqliyyat hadisəsinin yaşanacağı deməkdir.

Belə hava şəraitində avtomobil idarə etməyə uyğunlaşmayan sürücü yaxşı olar ki, ictimai nəqliyyatdan istifadə etsin, peşəkar sürücülərin hərəkətinə şərait yaratsın. Etiraf etməliyik ki, yağışlı, qarlı hava şəraitində avtomobili qorxa-qorxa sürürlər. Sizin vasitənizlə sürüclərə müraciət edirik ki, hava şəraitindın asılı olmayaraq, düzgün qərar qəbul etsinlər. Yağışlı, qarlı, şaxtalı hava şəraiti olduqda paytaxtın inzibati ərazisinə düşən, enişli-yoxuşlu, sərt döngələri olan küçələrdə sürüşmə ehtimalı yaranır. Sürücülər hər hansı yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürət həddini aşağı endirməli, ara məsafəsini normadan artıq saxlamalıdır. Eyni zamanda, idarə edilən nəqliyyat vasitəsi tam texniki cəhətdən saz, təkərlər mövsümi olmalıdır”.

Xəyalə Məmmədov / METBUAT.AZ

Bitkoin bahalaşmaqda davam edir – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR