Bakı. 21 dekabr. REPORT.AZ/ Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərindəki hava limanı yaxınlığında yük təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "France Presse" agentliyi məlumat yayıb.
Məlumata görə, qəzaya uğramış təyyarənin göyərtəsində 5 ekipaj üzvü və bir sərnişin olub, onların hamısı ölüb. Qəzaya əlverişsiz hava şəraiti səbəb olub.
"Politico"nun məlumatına görə, 1984-cü ilin istehsalı olan "An-26" tipli təyyarə dünən gecədən dispetçerlərlə əlaqəyə çıxmayıb. Ehtimal ki, təyyarə Ncili Beynəlxalq Hava Limanından, təxminən, 40 kilometr məsafədə olub.