​Dollar yeni ildə BAHALAŞACAQ?

Federal Ehtiyyatlar Sistemi (FES) ötən gün uçot dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

FES-in Açıq Bazar Əməliyyatları Komitəsinin iki günlük iclasının yekununda baza faiz dərəcəsinin artırılmasına qərar verilib. Uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 2-2,25%-dən 2,25-2,5%-ə çatdırılıb.

İqtisadçı Cəfər İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, uçot dərəcələrinin artırılacağı öncədən bəlli idi:

“Qərar inkişaf etmiş ölkələrə daha mənfi təsir edəcək. Xüsusilə, xaricdən vəsaitə ehtiyacı olan ölkələrə. Qlobal iqtisadiyyatda zəifləmə olacağı üçün indidən şirkət səhmlərinin və Amerika qiymətli kağızlarının dəyərinin yüksəldiyini görürük.

Neftin qiymətində ucuzlaşma ola bilər. İndilik mövcud vəziyyətdə neftin qiymətinin ciddi şəkildə ucuzlaşmasını gözləmək tezdi. Dünya neft iqtisadiyyatında aktivlik var. Neftə tələbat davam edəcək. Lakin bu dəyişikliklər yaxın müddətdə manatın üzərinə təzyiq göstərməyəcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: Kimi BƏXTƏVƏR, kimi də... - VİDEO



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR