"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 7 931 mln. manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 4 715 mln. manatla “Unicapital İnvestisiya Şirkəti", 4 038 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 3 998 mln. manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC, 1 829 mln. manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 498 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
Qeyd edək ki, "İnvest-Az İnvestisiya Şirkəti" törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.