Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.
Qanuna əsasən, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.