Danimarka parlamenti bu ölkənin vətəndaşı olmaq istəyənlər üçün bələdiyyələrdə tədbir təşkil edilməsini və bələdiyyə sədri ilə salamlaşmağı məcburi edən qanun layihəsini qəbul edib.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi partiyalar qarşı çıxsa da, yekun səsvermə nəticəsində qanun qəbul edilib.

Qanun 1 yanvar 2019-cu ildən qüvvəyə minəcək.

Qeyd edək ki, qanun layihəsi Danimarkanı miqrasiya və inteqrasiya naziri İnger Stöyberq tərəfindən hazırlanıb.

Milli.Az