PKK/YPG terror təşkilatı Avropanı təhdid edib.
Publika.az xəbər verir ki, təşkilat İŞİD militanlarını həbsdən çıxaracaqlarını deyib.
ABŞ prezidenti Donald Trampın Pentaqon əsgərlərini Suriyadan çıxarması qərarından sonra sığınacaqsız və köməksiz qalan PKK özünə yeni tərəfdaş, qoruyucu axtarışına çıxıb. Bir tərəfdən Bəşər Əsəd rejimi ilə əməkdaşlıq qurmağa çalışan terror təşkilatı digər tərəfdən Avropa ölkələrinə təsir etməyə çalışır. Bu çərçivədə Demokratik Suriya Qüvvələri adından istifadə edən PKK nümayəndələri Suriyada hərbi qüvvələri olan Fransa ilə görüşüb.
Fransanın Suriyada qalmasını istədiklərini bildirən, lakin ABŞ-ın geri çəkilməsindən sonra Fransanın da getməsinə yol açıldığını qeyd edən terrorçular Türkiyənin mümkün hərbi əməliyyatlarına qarşı kömək istəyib:
“Artıq həbsxanalarımıza nəzarət etməyəcəyik. Fransa daxil olmaqla, Qərb ölkələrinə görə həbsaxanada saxladığımız yüzlərlə İŞİD-çinin qaçması an məsələsidir. Müttəfiqlərimiz anlamalıdır ki, onlar geri çəkildikləri üçün torpaqlarımızı itirə bilərik. Bu durumda başqa terrorçuları özümüzlə birgə apara bilmərik”.
“New York Times” qəzetinin xəbərinə görə, YPG/PKK-çılar ötən həftənin çərşənbə günü əllərində olan 100 İŞİD-çi və onların 2800 qohumunu azad etmək üçün danışıqlara başlayıb.
Zümrüd