Dövlət Turizm Agentliyi yanında "Şahdağ Turizm Mərkəzi" QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Milli.Az report-a istinadən xəbər verir ki, bu, Almaniya vətəndaşı Rodderix Mark Lefflerdir. O, sədr vəzifəsində Rüstəm Nəcəfovu əvəz edib. window._ttzi = 34;var script = document.createElement("script");script.src = "https://adributor.tv/nativevideo/get_ads.js?="+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);}; (adsgarden = window.adsgarden || []).push({}); Yeni menecerin otel biznesində böyük təcrübəsinin olduğu, aparıcı beynəlxalq mehmanxana şəbəkələrində işlədiyi bildirilir. Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" də zərərlə işləyən dövlət şirkətlərindəndir. Mərkəz 2017-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2016-cı ilin yekununda 5 mln. manatdan artıq yığılmış zərərə malik olub. Milli.Az