"Qarabağ: Əcdadlarımızın mirası" sənədli filminin təqdimatı keçirilir - FOTOLAR

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində "Virtual Qarabağ" informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunan "Qarabağ: Əcdadlarımızın mirası" sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış "Cəbrayıl-virtual səyahət 3 D qrafik təsvirli filminin ictimaiyyətə təqdimatı keçirilir.

Metbuat.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, "Virtual Qarabağ" informasiya-kommunikasiya texnologiyaları ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd edib ki, 3 dildə - azərbaycan, rus və ingilis dillərində istehsal edilən sənədli film Azərbaycanın ayrılmaz hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqları olan Qarabağa ərazi iddiaları haqqındadır.

Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olan qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, XIX yüzildə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir. "Qarabağ nə üçün bizə bu qədər doğmadır" sualına filmin sonunda "Çünki Qarabağ qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır" deyə cavab verilir. "Qarabağ - Əcdadlarımızın mirası" sənədli filmi Azərbaycanda Qarabağın bütün tarixi dövrlərini və müasir işğal dövrünü orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.

Nümayiş olunan digər məhsul Cəbrayıl haqqında "Cəbrayıl - virtual səyahət" 3 D qrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işgal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Qeyd edək ki, filmdə Cəbrayıl rayonunda olan Divlər sarayı, Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxoz bazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidələr qrafik təsvirlərlə bərpa olunaraq nümayiş etdirilir. Təqdimat mərasimində rəsmi şəxslər, Milli Məclisin üzvləri, elmi ictimaiyyətin nümayəndələri, ictimai qurumların və gənclər təskilatlarının rəhbərləri iştirak edir.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR