"Eyni zamanda animasiya filmləri hazırlanıb"

"2013-cü ildən başlayaraq Gənclər və İdman Nazirliyi nəzdində yaradılan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən Qarabağla bağlı neçə sənədli filmlər, 3 D formatında filmlər, eyni zamanda animasiya filmləri hazırlanıb".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlanmasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Nazir müavini bildirib ki, bunlar hamısı Azərbaycanla bağlı, Dağlıq Qarabağla bağlı, Qarabağın tarixi, mədəniyyəti, coğrafiyası ilə bağlı, eyni zamanda işğal olunmuş torpaqlarımızla bağlı həiqətləri dünya ictiamiyyətinə çatdırmaq üçün yaradılıb: "Demək olar ki, bütün məhsullar bir neçə dildə istehsal olunub. Bu gün də Mərkəz tərəfindən hazırlanan növbəti sənədli filmin, eyni zamanda Cəbrayılla bağlı 3 D qrafik təsvirli filmin təqdimatıdır. Bu filmlər sayəsində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması hədəfini qarşıya qoymuşuq. Bu filmlərin müxtəlif ölkələrdə də təqdim edilməsi nəzərdə tutulub".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR