Bakıda "Hilton" hoteldə yanğın olub

Bakıda hoteldə yanğın hadisəsi baş verib.

Metbuat.az bildirir ki, Trend-in məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.

Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.

Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Qısa müddətdə yanğının qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

Əgər Allah varsa... - Onu niyə görmürük? / SÜBUTU! - Video


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR