Gürcüstandan gələn avtomobilin yük yerindən külli miqdarda pirotexniki vasitələr aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postuna Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, baxış zamanı, nəqliyyat vasitəsinin arxa buferinin və yük yerində olan meyvə - tərəvəz yüklərinin altından üzərində "S-Terminator" yazısı olan 120 ədəd, üzərində "Magic Shoots 20S" yazısı olan 120 ədəd, üzərində "Magic Shoots 30S" yazısı olan 120 ədəd, üzərində "Magical Candle" 40 Ball" yazısı olan 120 ədəd, üzərində "Magical Candle 60 Ball" yazısı olan 30 ədəd, üzərində "Big Bang" yazısı olan 250 ədəd, üzərində "Magnum" yazısı olan 250 ədəd, üzərində "Big fish cracker" yazısı olan 25 ədəd, üzərində "Colorful Magic" yazısı olan 3 ədəd, üzərində "Sky City 10 shoots" yazısı olan 4 ədəd, üzərində "Classic Forever 10 shoots" yazısı olan 4 ədəd, üzərində "Wonderful Performans" yazısı olan 3 ədəd , ümumilikdə 1049 ədəd pirotexniki vasitələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Əgər Allah varsa... - Onu niyə görmürük? / SÜBUTU! - Video


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR