Erməni əsgər "nəşələnib" əsgər yoldaşını öldürdü

Kəşfiyyatçı-qumbaraatan əsgərin ölümündə ittiham olunan ERMƏNİ hərbi qulluqçu narkotik istifadə edib.

Metbuat.az-ın məlumatına görə, Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müddətli xidmət hərbi qulluqçusu, kəşfiyyatçı-qumbaraatan əsgər Jorik Petrosyanın ölümündə ittiham olunan əsgər yoldaşı, hərbi qulluqçu Adamyanın narkotik istifadə etdiyi də məlum olub.

İttihama əsasən, müddətli xidmət hərbi qulluqçusu Armen Adamyan, cəbhədəki hərbi hissələrdən birində 19 iyul-3 avqust döyüş növbətçiliyi tərkibində müşahidəçi olub.

İyulun 24-də saat 15:00 radələrində döyüş dayaq məntəqəsinin 9-cu sektorunda ayıq növbənin vəzifə borclarını yerinə yetirərkən silahla davranış qaydalarını pozub. Belə ki, ona təhkim edilmiş silahı yoxlamadan, tətiyi çəkib. Nəticədə açılan atəş sektorun qarşısında oturan həmin taborun müddətli xidmət hərbi qulluqçusu, kəşfiyyatçı-qumbaraatan Jorik Vahakoviç Petrosyanın sifət nahiyyəsindən dəlib keçən odlu silah yarası ilə diqqətsizlikdən ölümünə səbəb olub.

Bundan başqa məlum olub ki, hərbi qulluqçu 18-25 iyul tarixləri arasında kanabinoid narkotik maddəsi istifadə edib.

İlkin araşdırma orqanı ona qarşı iki maddə, silahla təhlükəsiz davranış və narkotik maddə istifadəsi üzrə ittiham irəli sürüb. Məhkəmə cinayət işini icraata qəbul edib.

Xatırladaq ki, Jorik Petrosyan adlı erməni əsgəri iyunun 24-də aldığı odlu silah yarasından ölüb. Aparılan istintaq araşdırmaları nəticəsində əsgər yoldaşının silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR