Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmış Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, keçirilən tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Təhsil naziri Ceyhun Bayramov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Mehdi Hüseynzadənin ailə üzvləri, Bakı Qarnizonunun hərbi hissələrinin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, dövlət universitetlərinin professor, müəllim və tələbələri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mehdi Hüseynzadənin həyat və döyüş yoluna, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin əfsanəvi partizan haqqında həqiqətlərin üzə çıxarılmasında, ölümündən 13 il sonra ona Sovet İttifaqı Qəhrəmanı fəxri adının verilməsində, ümumiyyətlə Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsində müstəsna xidmətləri barədə qiymətli fotolar və sənədlər təqdim edilib. Qəhrəmanın uşaqlıq və təhsil illərini, Stalinqrad uğrunda döyüşlərdə iştirakını, əsirlikdə Azərbaycan naminə xidmətlərini, eləcə də, Sloveniyanın milli azadlığı uğrunda sadiq bir əsgər kimi iştirakını əks etdirən nadir fotolar böyük maraq doğurub.
Mərasim başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin, İkinci Dünya müharibəsində həlak olan həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğul və qızlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə dövlət himnimiz ifa olunub.
Tədbirdə “Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamı bir daha nəzərə çatdırılıb.
Sonra Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbaninin senarisi və rejissorluğu ilə hazırlanmış “Mən öz Xəzərimə vurğunam, ey dost!” yubiley tamaşası nümayiş etdirilib. Mehdi Hüseynzadənin bəlli olmayan, son vaxtlar üzə çıxarılmış şeirlərinin istifadə edildiyi tamaşada Əməkdar artistlər Azad Şükürov, Səmayə Sadıxova, Anar Şuşalı, Hüsniyyə Mürvətova, Elxan Rza, gənc aktyorlar və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı heyəti iştirak ediblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Nicat Hüseynzadə Mixaylo rolunu məharətlə ifa edib. Tamaşa boyu sənədli kadrlar nümayiş etdirilib.
Tədbiri izləyənlər ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakı şəhərinin mərkəzində ucaldılmış qəhrəmanın möhtəşəm abidəsi qarşısındakı tarixi nitqini və Azərbaycan Prezidenti İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı M.Hüseynzadənin memorial muzeyinin açılışında ictimaiyyət qarşısında nitqini və əfsanəvi qəhrəman haqqında söylədiyi fikirləri əks etdirən sujetləri alqışlarla qarşılayıblar.
Sonda xatirə şəkilləri çəkdirilib.
SQ TTM-də Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Həmçinin oxu
YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Baxçalı Azərbaycanı təbrik etdi
Bu gün
·
20:15
Ötən gün itkin düşmüş 8 nəfər tapıldı
Bu gün
·
19:26
“Qalatasaray” səfərdə qələbə qazandı
Bu gün
·
19:20
Göyçay sakini özünə xəsarət yetirdi - Vəziyyəti ağırdır
Bu gün
·
19:04
ChatGPT-nin tibbi məsləhətləri ilə xəstəxanaya yerləşdirildi - TƏFƏRRÜAT
Bu gün
·
18:49
Bekhem FİFA prezidenti olur?
Bu gün
·
18:35
Payızda eşq həyatında dəyişiklik yaşayacaq bürclər açıqlandı
Bu gün
·
18:28
"Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşdı
Bu gün
·
18:15
Vitali Kliçkonun istefası tələb olunur
Bu gün
·
18:00
"Qarabağ” və “Neftçi” azarkeşləri bir-birinə girdi – VİDEO
Bu gün
·
17:50
Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu
Bu gün
·
17:45
YAP Gənclər Birliyinin yeni sədri kimdir? - DOSYE
Bu gün
·
17:24
Məşhur model ərindən sonra qızını da itirdi
Bu gün
·
17:00
Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirdi
Bu gün
·
16:30
Yollarla bağlı xəbərdarlıq
Bu gün
·
16:15