Türkiyənin Fəratın şərqində əməliyyata başlamağa
hazırlaşdığı vaxt Əsəd ordusunun bölmələri Münbiçin qərb hissəsində
yerləşən Arimah qəsəbəsinə girib.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki,
Suriya ordusuna məxsus 40 pikap avtomobil, 2 tank, zirehli
avtomobillər təxminən 1 saat öncə qəsəbəyə daxil olub.
Məlumata görə, rejim gücləri PYD/YPG terror təşkilatının rəhbərliyi
ilə qısa görüş keçirib. Razılaşmaya görə, PYD/YPG-nin Arimah
qəsəbəsini rejim güclərinin nəzarətinə verib.
Arimah qəsəbəsi Münbiçin qərbi ilə “Fərat qalxanı” bölgəsi arasında
cəbhə xəttində yer alır. Hesab olunur ki, Türkiyə əsgəri Münbiçə
doğru hərəkətə keçərkən Əsəd ordusu də PYD-yə dəstək verəcək.
Asif