Britaniya kraliçası 2-ci Yelizavetanın ailəsi dünən ənənəyə uyğun olaraq Norfolk qraflığındakı Sendrinqem şəhərində yerləşən Müqəddəs Maqdalina kilsəsinə (St Mary Magdalene Church) yollanıb.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, kraliçanın əri, 97 yaşlı şahzadə Filipp builki ayinə qatılmamışdı. Onun səhhətində problemlər var və bu səbəbdən Bukinhem sarayında qalıb.Reportyorların diqqəti şahzadə Uilyamın xanımı, 36 yaşlı Kembric hersoginyası Keyt Middltonda və şahzadə Harrinin xanımı, 37 yaşlı Sasseks hersoginyası Meqan Marklda idi.1940-cı illər stilində geyinmiş K.Middltonun əynində "Satherine Walker" paltosu, "Gianvito Rossi" tufliləri vardı. O, əlində "Mulberry" klatçını tutmuşdu.Hamilə hersoginya Meqana gəldikdə isə, o, tünd göy rəngi seçmişdi.Aralarındakı münasibətlərin çox gərgin olmasına rəğmən, Meqan Marklla Keyt Middlton zarafatlaşıblar, gülüşüblər.Onlar barışmayıblar. Sadəcə, kraliçanın tələbi ilə bayram günü "normal" görünməyə çalışıblar.Dünən axşam bayramı kraliça Sendrinqem sarayında, Uilyam və Ketrin uşaqları ilə birlikdə Middltornların malikanəsində, Harri və Meqan isə Kensinqton sarayında qeyd ediblər.Milli.Az