Hər il keçirilən "NORAD Santa" aksiyasında ABŞ prezidenti Donald Tramp təəccüblənib ki, onun həmsöhbəti olan 7 yaşlı qızcığaz hələ də Santa-Klausa inanır. Dövlət başçısı qeyd edib ki, 7 yaş bu "Milad qocası"na inanmaq üçün həddən artıq böyük yaşdır. Söhbətinin sonunda prezident gülümsəyərək əlavə edib: "Yaxşı, əylən".Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, Trampın bu hərəkəti sosial şəbəkələrin istifadəçilərini hiddətləndirib. Onlar prezidentə ünvanlanmış qeydlərində onu azyaşlı uşağı alçaltdığı üçün ittiham ediblər."ABŞ prezidentinin vəzifə öhdəlikləri neonasistləri ittiham etməkdən çəkinmək, fırtına qurbanlarını alçaltmaq, 7 yaşlı uşağın Milad bayramını dağıtmaqdır", - @thedailybeast yazır."Donald Tramp 7 yaşlı uşağa deyib ki, Santa Klaus mövcud deyil. Ən gülməlisi odur ki, bu onun kütlə qarşısında dediyi yeganə doğru sözdür", - @cmclymer qeyd edib."Siz hələ də "Fox news"a inanırsınız? 70 yaşlı adam üçün bu, normal deyil", - @yolaney istehza ilə bildirib.Milli.Az