İNANILMAZ! Sünnət etmək üçün həkimə apardılar...

Azərbaycanda 3 yaşına qədər oğlan kimi böyüyən uşağın təsadüfi müayinə nəticəsində qız olduğu aşkarlanıb.

Metbuat.az bildirir ki, uşaq cərrahı Toğrul Ömərov bu barədə “Demədi Demə” Yutub kanalına açıqlama verib. Həkim kanalda yayımlanan videoda uşaqlarda yaranan ağır inkişaf qüsurlarından danışıb və baş verən hadisəni geniş şəkildə izah edib.

Video yayımlandıqdan dərhal sonra bəzi saytlar hadisəni təhrif ediblərmiş. Belə ki, onlar qız uşağının həkimə sünnət məqsədiylə gətirildiyini bildiriblər.

Mediada yayılan yanlış məlumatla bağlı Metbuat.az-a açıqlama verən uşaq cərrahı Toğrul Ömərov nadir hallarda rast gəlinən patologiyadan danışıb.

Bildirib ki, saytlarda dərc olunan məlumatlar tamamilə yanlışdır:

“Valideynləri uşağı peyğəmbər sünnəti etdirməyə gətirmişdi, lakin qız olduğu məlum oldu. Ana bətnində böyrəküstü vəzin hormonal pozğunluğu uşağın xarici orqanlarının oğlan kimi formalaşmasına səbəb olub. Müayinə nəticəsində uşağın daxili orqanlarının qız olduğu müəyyənləşib. Əməliyyat oldu, artıq uşağın xarici orqanlarını dəyişmişik.

“Demədi Demə” Yutub kanalı izləyicilərinə əməliyyat haqqında düzgün məlumat verib. Sadəcə bəzi saytlar bu videodan sonra yanlış məlumat paylaşıblar. Saytlarda göstərilən görüntülər də həmin əməliyyatdan deyil, tamamilə başqa görüntülərdir. İnsanları aldatmaq olmaz, məlumat necədirsə, saytlar da o cür yazmalıdır. Yayılan yanlış informasiya silinməlidir. Ən azından hadisəylə bağlı həkimin özündən, yaxud da bilən başqa bir həkimdən açıqlama alınmalı idi. Belə davam etsə, hüquqi prosedurla onlara cavab veriləcək”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR