"Azərbaycanda meşələrə kameralar quraşdırılıb"

"Azərbaycanda meşələrə kameralar quraşdırılıb".

Bu sözləri Metbuat.az-a açıqlamasında Ekologiya və Təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə təşkil olunan dialoqda deyib bildirib. Onun sözlərinə görə, kameralar Oğuz, Qəbələ, Şəki, Qax meşələrində yerləşdirilib:

"Kameralar 20 min hektara yaxın ərazini əhatə edir, 1650 metrdən obyekt aydın seçilir. Kameralar yanğın baş verən əraziləri operativ şəkildə göstərəcək. Onlayn rejimdə, 24 saat fəaliyyət göstərəcək. Meşələrin mühafizəsində kömək olacaq. Kameralar kənar müdaxilələr olan yerlərdə quraşdırılıb, meşənin əsas giriş və çıxışlarını nəzarət altında saxlayır. Gələcəkdə kameraları idarə etmək üçün operator mərkəzinin yaradılması planlaşdırılır".

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR