"Azexport.az portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub"

"2018-ci ilin yanvar-noyabr aylarına Azexport.az portalına 479 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub".

Metbuat.az-ın məlumatına görə, bunu "Azexport.az"-ın meneceri Zaur Qardaşov bildirib. Onun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-noyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb: "Bu ilin noyabr ayı ərzində isə Azexport.az portalına daxil olan sifarişlərin dəyəri 46 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin 11 ayında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (17,4%), ABŞ (8,5%), Türkiyə (5,5%), Ukrayna (4,4%) və Hindistan (4,4%) qərarlaşıb". Zaur Qardaşov bildirib ki, daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, bu ilin noyabr ayında ən çox ixrac sifarişi xiyar, pomidor, soğan, yerkökü, fındıq, pambıq, pampıq yağı, bal, şərab, tütün, nar şirəsi, göbələk, nar, kartof, yun, çay, ipək xalça, konservləşdirilmiş tərəvəzlər, mühərrik yağı, kərə yağı, tikinti materialları, mebel dəsti, metal məhsullar, şokoladlı yağ, zəfəran, meyvə şirəsi, xurma qurusu, kələm, feyxoa cemi, tibbi tənzif, mineral su və s. mallara daxil olub:

"Ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 noyabr tarixinə kimi (23 ay ərzində) Azexport.az portalına dünyanın 111 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 954 milyon ABŞ dolları təşkil edib".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR