Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub -

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub.

Metbuat.az xəbər verir ki, bu tarixində Talassemiya Mərkəzində müalicə olunan pasiyentlər üçün yeni il şənliyi təşkil olunub. Şənlikdə pasiyentlərə yeni ilin simvolu olan Şaxta baba və Qar qız tərəfindən müxtəlif hədiyyələr təqdim edilib. Daha sonra Mərkəzdə müalicə alan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş xəstələr ilə görüşən Şaxta baba və Qar qız onların arzu-istəklərini dinləyib və istəklərinə uyğun olaraq hədiyyələr təqdim edib.

Bayram tədbiri 28 və 29 dekabr tarixlərinə kimi davam edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

"Bu ilin dekabr ayının 25-nə qədər 474 iaşə obyektinin 307-də təmizləyici qurğu quraşdırılıb" - Vüqar Kərimov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR