"Barselona"nın yeni transferi Ceyson Murilyo İspaniya mətbuatına açıqlama verib.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi, Lionel Messiylə bir komandada oynayacağı üçün həyəcanlı olduğunu deyib:"Messi ilə birgə oynayacağımı təsəvvür etmirdim. Çox həyəcanlıyam. Onunla bir komandada olmaq rahatdır. Müdafiəçi kimi heç vaxt onunla qarşılaşmaq istəməzsiz. Çünki o, dünyanın ən yaxşı futbolçusudur.Bura gəlməyimdə Yerri Minanın rolu böyük idi. "Barsa"dan təklif aldıqda, onunla danışdım. Minayla çox yaxın dostuq."Barselona"nın formasını geyinəcəyim üçün çox xoşbəxtəm. Forma uğrunda layiqincə mübarizə aparacam. Onların mənə olan ümidlərini boşa çıxarmayacam"."Barselona" Murilyonu 2 milyon avro qarşılığında "Valensiya"dan mövsümün sonuna qədər icarəyə götürüb. Kataloniya klubu mövsümün sonunda 25 milyon avro ödəməklə, kolumbiyalı müdafiəçinin transfer hüquqlarına sahib ola bilər.Milli.Az