Azərbaycanla Ermənistan arasında fərq görünməmiş həddə çatıb

"Azərbaycan və Ermənistan arasında 2018-ci ildə fərq indiyədək görünməmiş həddə çatıb".

Metbuat.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, Ermənistanla müqayisədə Azərbaycanın iqtisadiyyatı dörd dəfə, strateji valyuta ehtiyatları 20 dəfə və əhali sayı 3,3 dəfə böyükdür: "Üstəlik Ermənistanın dörd sərhədindən ikisi tam bağlı, digər ikisi isə məhdud imkanlara malikdir, işğalçı ölkə bütün neft-qaz, nəqliyyat-logistika, İKT layihələrindən kənarda qalmaqla işğalın girovu kimi getdikcə zəifləyir və Azərbaycanın uğurlu inkişafının kölgəsində qalır. Ermənistanın sağlam məntiqə söykənərək işğaldan geri çəkilməsi bütövlükdə regionun inkişafı üçün Azərbaycanın imkanlarından geniş istifadə imkanları yarada bilər".

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR