Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təsirli tədbirlər görür.
Metbuat.az xəbər verir ki, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzindədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşır, onların yeni mənzillərə köçürülməsinə, təhsilinə və sağlamlığına qayğı göstərir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq, doğma yurdundan didərgin düşən həmvətənlərimizin aztəminatlı qisminin maddi ehtiyaclarının ödənilməsi üçün tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icra hakimiyyəti orqanları nümayəndələirinin iştirakı ilə dekabrın 28-də Qubadlı, Zəngilan, Şuşa rayonlarının məktəblərində, həmçinin Qaradağ rayonunun “Qobu Park” yaşayış kompleksində yerləşən məktəbdə 1-4-cü siniflərdə təhsil alan şagirdlərə qış gödəkçəsi paylanılıb. Ümumi sayı 2900 ədəd olan gödəkçələr işçi heyəti məcburi köçkünlərdən ibarət “Qarabağ” fermer təsərrüfatında (Horadiz şəhəri), Mərdəkan Sənaye Kombinatında, Bakı Baza Sənaye Kombinatında və “Araz” İstehsal və Təlim Kombinatında (Sabirabad rayonu) tikilib.
Belə aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.