Elnur Soltanov energetika nazirinin müavini təyin olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, E.Soltanov bu vəzifədə noyabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə azad edilmiş Natiq Abbasovu əvəz edib.